Yastıpəncəlik (tibbi adı ilə pes planus və ya düzdabanlıq) — pəncənin daxili tərəfində yerləşən və amortizasiya funksiyasını yerinə yetirən boylama qövsün (tağın) düzləşməsi və ya tamamilə itməsidir. Bu problem zamanı yeriyərkən pəncə yerə tam təmas edir və bu da bədən biomexanikasını pozur.
Yastıpəncəliyin Əlamətləri və Fəsadları
Yastıpəncəlik müalicə edilmədikdə aşağıdakı problemlərə yol açır:
- Yeriş zamanı pəncə və baldırlarda tez yorulma və ağrı.
- Bel, bud-çanaq və diz oynaqlarında asimmetrik yüklənmə və erkən aşınma.
- Ayaq barmaqlarında deformasiyalar və daban şporu riski.
Yastıpəncəlik Dərəcələri (1, 2 və 3 Dərəcə Yastıpəncəlik)
Yastıpəncəlik rentgen və plantoqrafiya (pəncə izi) müayinəsi ilə 3 dərəcəyə ayrılır:
- 1-ci Dərəcə Yastıpəncəlik: Pəncə tağının hündürlüyü 25-35 mm arasındadır. Şikayət az olur, günün sonunda yüngül yorğunluq yaradır.
- 2-ci Dərəcə Yastıpəncəlik: Pəncə tağı 17-24 mm-ə enir. Yeriş zamanı baldır və dizdə ağrılar başlayır. Fərdi supinator və fizioterapiya vacibdir.
- 3 Dərəcə Yastıpəncəlik: Pəncə tağı 17 mm-dən azdır (tamamilə yerə yatır). Daban kənara dönür (valgus deformasiyası), bel və diz oynaqlarında ciddi aşınmalar yaradır.
Hərbi Yastıpəncəlik Dərəcəsi və Əsgərlik (Hərbi Komissiya Normativləri)
Gənclərin ən çox verdiyi suallardan biri: "Yastıpəncəlik əsgərliyə aparırmı?"
Azərbaycan Respublikasının Hərbi Həkim Komissiyasının Əsasnaməsinə uyğun olaraq:
- 1-ci dərəcə yastıpəncəlik: Hərbi xidmətə tam yararlıdır.
- 2-ci dərəcə yastıpəncəlik: Artroz deformasiyası olmadan hərbi xidmətə yararlıdır, lakin müəyyən qoşun növləri üçün məhdudiyyət ola bilər.
- 3 dərəcə yastıpəncəlik: Pəncədə kəskin artroz və ya valgus deformasiyası müşayiət olunduqda çağırışçıya hərbi xidmətdən möhlət və ya yararsızlıq verilir.
Yastıpəncəlik Əməliyyatı vs Əməliyyatsız Müalicə
Yastıpəncəlik əməliyyatı yalnız ağır 3-cü dərəcədə və cərrahi göstəriş olduqda aparılır. Hacettepe Üniversitesi məzunu Uzman Fizioterapevt Ramazan Nəsirli fərdi 3D supinator dabanlıqlar, fizioterapiya və pəncə əzələlərini gücləndirən idmanlarla yastıpəncəlik müalicəsini 95% hallarda cərrahiyyəsiz həyata keçirir.
🦴 Compüterli 3D Pəncə Analizi və Dabanlıq
Bakının 6 filialında pəncə tağının dəqiq analizi və yastıpəncəlik müalicəsi üçün Uzman Fizioterapevt Ramazan Nəsirliyə yazılın.
📅 Online Randevu Al — 050 880 44 08