Kürək nahiyəsində onurğanın geriyə doğru olan təbii əyrisinin artması **kifoz** və ya el arasında bilindiyi kimi **qozbellik** adlanır. Kifoz həm vizual duruş pozğunluğu yaradır, həm də kürək-boyun ağrılarına, irəliləmiş mərhələlərdə isə nəfəs darlığına səbəb olur. Bakıda filiallarımızda kifozu **Schroth (Şrot) metodu** və **SEAS** kimi beynəlxalq reabilitasiya üsulları ilə əməliyyatsız müalicə edirik.
Kifoz Dərəcələri və Təsnifatı (Resimli İzahı)
Kifoz əyriliyinin dərəcəsi yan rentgen müayinəsində təyin olunur:
- Fizioloji Kifoz (20° – 45°): Onurğanın döş qəfəsindəki təbii, normal əyriliyidir.
- 1-ci Dərəcəli Kifoz (45° – 55°): Yüngül qozbellik. Duruş korreksiyası və idman hərəkətləri ilə 100% aradan qaldırılır.
- 2-ci Dərəcəli Kifoz (55° – 70°): Döş qəfəsində kifoz kənardan aydın görünür, kürək və boyunda xroniki ağrılar yaradır. Schroth 3D idmanları və fizioterapiya tələb olunur.
- 3-cü Dərəcəli Kifoz (70°-dən yuxarı): Ağır kifotik deformasiya. Fərdi kifoz üçün korset və intensiv reabilitasiya tətbiq edilir.
Döş Qəfəsində Kifoz (Torakal Kifoz) və Əlamətləri
Kifoz ən çox onurğanın döş (torakal) nahiyəsində inkişaf edir. Döş qəfəsində kifoz zamanı ön sinə əzələləri qısalır, kürək əzələləri isə həddindən artıq dartılaraq zəifləyir. Əlamətləri:
- Başın bədəndən irəlidə durması (Forward Head Posture).
- Çiyinlərin qabarıq önə çəkilməsi.
- Kürəkdə və qabırğaarası nahiyədə daimi ağrılar.
- Döş qəfəsi sıxıldığı üçün təngnəfəslik və dərin nəfəs ala bilməmək.
Uşaqlarda Kifoz və Müalicəsi
Uşaqlarda kifoz ən çox məktəb yaşlarında (ağır çanta daşımaq, partada əyri oturmaq və telefon/kompüter asılılığı) yaranır. Erkən yaşda uşaqlarda kifoz müalicəsi aparıldıqda onurğa sümükləri hələ çevik olduğu üçün tamamilə düzəlir.
Kifoz Üçün Korset — Nə Zaman İşıyır?
Kifoz üçün korset istifadəsi dərəcədən və xəstənin yaşından asılıdır. Postural (duruş) kifozda yalnız ortopedik duruş korseti qısamüddətli kömək edə bilər. Ancaq sümük strukturlu Şeyerman kifozunda 50-65 dərəcə arası olan uşaqlara həkim təyinatı ilə fərdi hazırlanmış reabilitasiya korsetləri verilir.
Kifoz İdman Hərəkətləri və Masajın Rolu
Kifozun ən əsas müalicə vasitəsi kifoz idman hərəkətləridir:
- Kürək əzələlərini gücləndirən hərəkətlər: Rombvari və trapesiya əzələlərini (Rhomboideus, Trapezius) sıxan hərəkətlər (Y-T-W hərəkətləri).
- Sinə əzələlərini dartan hərəkətlər: Pectoralis əzələlərini açan elastik bant və divar dartınmaları.
- Kifoz Masajı: Kifoz masajı qısalmış sinə və kürək əzələlərindəki spazmı açır, qan dövranını sürətləndirir və idman məşqlərinin effektivliyini 2 dəfə artırır.
💪 Qozbelliyə Son Qoyun!
Bakının 6 filialında 3D postural analizi və fərdi kifoz müalicəsi üçün Uzman Fizioterapevt Ramazan Nəsirliyə yazılın.
📅 Müayinə Üçün Qəbula Yazıl — 050 880 44 08